04 
Avq
2020
15:37
1288

Bu partiyalar seçkiöncəsi qayda pozuntusu edib

Seçkiöncəsi dövrdə seçicilərin rüşvət alması ilə bağlı 8 hadisə aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu haqda “ədalətli seçkilər”in seçkiöncəsi monitorinqin ikinci hesabatında qeyd olunub.

Tədqiqatlara görə, təxmini satınalmanın 4 faktı Gürcüstan parlamentinin majoritar deputatı və rəsmi açıqlanmış majoritar namizəd tərəfindən, 1 fakt “ Lelo Gürcüstan üçün “ partiyası tərəfindən, 2 fakt Vahid Milli Hərəkat partiyası tərəfindən və 1 fakt Tbilisi bələdiyyə məclisinin Çuğureti majoritar deputatı tərəfindən qeydə alınmışdır.
“Təşkilatın qiymətləndirməsinə görə, seçicilərin satınalınması problem olaraq qalır. “ Ədalətli seçkilər”in monitorinqinin ikinci hesabatında bənzər 8 fakt qeydə alınıb. Onlar arasında Çaqeridə, Ambrolauridə və Onidə seçicilərin təxmini satınalınması hal hazırda majoritar deputat Qoça Enukidzenin adı ilə baş tutub. Bundan başqa “Lelo Gürcüstan üçün” və Vahid Milli Hərəkat” partiyası tərəfindən sosiyal yardım aktı həyata keçirməklər təxmini seçicilər satın alınıb. “ Lelo Gürcüstan üçün “ Qldan kəndində olan qocalar evinə, VMH –nın Xelvaçauri bələdiyyəsindəki təşkilatın rəhbəri tərəfindən 2 ailəyə ərzaq yardımı edilib”, - təşkilat tərəfindən keçirilən tədqiqatda qeyd edilib.

Qeyd edək ki, tədqiqat 2020 ci ilin 5 iyul – 2 avqust tarixləri arasında baş tutub.

Bizimlə əlaqə saxlayın