08 
Avq
2020
10:38
638

Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası bəyanat yayır

Ölkəmizdə təhlükəsizlik istiqamətində məsuliyyətsiz və cinayətkar addımların eləcə də əlavə risklərin yaranmaması üçün xüsusi diqqət yetirilməlidir.

InterPress.ge xəbər verir ki, bu haqda Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası tərəfindən avqust müharibəsinin 12-ci il dönümü ilə bağlı bəyanatda qeyd olunub.

Bəyanatda qeyd edilir ki, Gürcüstan Rusiya arasında təhlükəni minimuma endirib və Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstək verilir.

"Avqust müharibəsi Gürcüstanın yaxın tarixində ən ağrılı və faciəvi günüdür. Bu müharibədə bizim yüzlərlə vətəndaşlarımız canlarından keçiblər. Gürcüstan torpaqlarının 20 %-ni itirdi. Müharibədən sonra onun ağrısını acısını biz hələdə qəlbimizdə yaşadırıq.

Gürcüstan dövləti, gürcü xalqı və beynəlxalq cəmiyyət heç vaxt işğalla barışmayacaq. Biz bütün yollarla mövcud vəziyyəti düzəltməyə çalışırıq. Gürcüstan Rusiya arasında mövcud təhlükəni minimumadək endirim. Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstək verilir.

Gürcüstan çətin coğrafi siyasi regionda yerləşir. Ölkəmizdə təhlükəsizlik istiqamətində məsuliyyətsiz və cinayətkar addımların eləcə də əlavə risklərin yaranmaması üçün xüsusi diqqət yetirilməlidir.

Gürcüstan höküməti məcburi köçkün ailələrinə və şəhid ailələrinə yüksək dərəcədə qayğı göstərəcək.

İnanırıq ki, biz işğalsız ölkəmizi qazanacağıq və Avropa ailəsində öz layiqli yerimizi tutacağıq" - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, 2008 ci ilin avqust müharibəsindən 12 il keçir.

Bizimlə əlaqə saxlayın