08 
Avq
2020
15:02
400

Qaxaria: "Həlak olan qəhramanlarımızı xatırlamaq və ölkəmizin deokupasiyası üçün əlimizdən gələni etmək, hər birimizin borcudur"

"Həlak olan qəhramanlarımızı xatırlamaq və ölkəmizin deokupasiyası üçün əlimizdən gələni etmək, ərazi bütövlüyümüzü bərpa etmək hər birimizin borcudur".

InterPress.ge xəbər verir ki, bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Muxatqverdidə, 2008-ci ilin müharibəsində həlak olanların memorialına əklil qoyarkən verdi.

“Tariximizin ən ağır günlərindən biridir. Gürcüstan yüzlərlə vətəndaşını və əsgərini itirdi. Bu qəhramanları sadəcə bugün deyil, hər gün xatırlamalıyıq.

Ölkəmizin deokupasiyası və ərazi bütövlüyümüzü qaytarmaq uğunda mübarizəmizi qələbəyə qədər davam etdirməliyik” – dedi Giorgi Qaxaria.

Bizimlə əlaqə saxlayın