08 
Avq
2020
15:06
568

Salome Zurabişvili: "Ərazilərimizin işğal altında olmasına baxmayaraq, biz güclü və demokratik bir ölkəyik"

"Bugünki Gürcüstanın reallığı odur ki, müharibə bizi məğlub edə bilmədi. Ərazilərimizin işğal altında olmasına baxmayaraq, biz güclü və demokratik bir ölkəyik".

InterPress.ge xəbər verir ki, bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Muxatqverdi qardaş qəbristanlığında verdi.

Onun dediyinə görə, müharibədə həlak olan qəhramanlar Gürcüstanın gücüdür.

“Burada yatan qəhramanlar ölkəmizin gücüdür. Gürcüstan bütün tarixi boyunca vətəni uğrunda mübarizə edib, həlak olan qəhramanlarının gücü ilə yaşayıb. Bu bizim talehimizdir, ancaq biz ağır taleyimizlə baş gələ biləcəyik", - dedi Zurabişvili.

Qeyd edək ki, avqust müharibədinin 12-ci ildönümü ilə bağlı Gürcüstan prezidenti, baş nazir, nazirlər kabineti, parlamentin sədri, paytaxtın meri və diplomatik korpusun nümayəndələri Muxatqverdi qardaş qəbristanlığını ziyarət etdilər.

Bizimlə əlaqə saxlayın