14 
Avq
2020
09:27
583

Volski: "Bu Saakaşvilinin fantaziyası ilə eynidir"

"Təhlükəsiz ölkələrlə uçuşların başlaması haqda Avropalı Gürcüstan partiyasının üzvü Qiorqi Kandelakinin fikri əsassızdır və bu fantaziyadır. Guya xarici ölkələrdən dönən vətəndaşlar Avropalı Gürcüstanı dəstəkləyənlərə qatılacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Didube Çuğureti seçki dairəsində Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının majoritar namizədi Qia Volski deyib.

Volskinin sözlərinə görə, bu fantaziya bulud-bulud uçuşlarla, torpaqla, dənizlə və ya quru ilə Gürcüstana gəlməsilə bağlı Saakaşvilinin fantaziyası ilə eynidir.

"Qayıdan vətəndaşların çoxunu hökumət evlə təmin etdi və koronavirus bədbəxtçiliyindən xilas etdi. Guya bütün bunlar Gürcü Arzusunu dəstəkləmək üçün edilib. Ancaq biz bunu heç kimə deməmişik nə də heç kimə təklif etməmişik. Təəssüflər olsun ki, bu gün təhlükəsiz ölkə yoxdur. İqtisadiyyatın vəziyyətinin ağır olduğuna baxmayaraq turizmi və iqtisadiyyatı inkişaf etdirməyə hökumət qədər heç kim tələsmir. Bütün resurslar sosial proqramlara və paketlər yönəldilib. Bu isə iqtisadiyyatın inkişafına əlverişlilik yaratmır. Bizim yalnız bir məqsədimiz var o da, ictimaiyyəti xəstəlikdən və ölümdən qoruyaq.

Əhalimizin vətənə gətirməyi istəmədiyimiz, Praktiki olaraq təhlükəsiz ölkə olmayan ölkələrdən Gürcüstana çox saylı aviauçuşların həyata keçirilməsi və vətənə qayıdan insanların Avropalı Gürcüstan partiyasını dəstəkləyəcəyi kimi açıqlamalar əsassızdır. Bənzər əsassız açıqlamalar/fantaziyalar öz dövründə Saakaşvilinin də var idi. Bulud-bulud uçuşlarla, torpaqla, dənizlə və ya quru ilə Gürcüstana gəlməsilə bağlı Saakaşvilinin fantaziyası ilə eynidir. 2 qənəd bir birindən uzaqlaşıb lakin təəssüf ki xasiyyətlər dəyişməz qalıb", - deyə Volski bildirib.

Bizimlə əlaqə saxlayın