08 
Sen
2020
11:09
634

Parlament seçkilərində yeniliklər ola bilər - AÇIQLAMA

"2020 Parlament seçkiləri günü bütün seçicilərə, seçimlərini qeyd etmək üçün ola bilsin ki, individual qələm verilsin".

İnterPress.ge xəbər verir ki,bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvania danışıb.

Jvanianın qeyd etdiyinə görə, seçicilər öz qələmlərindən də istifadə edə bilərlər.

"Seçicilərin qorunması baxımından bir çox fərqli versiyalar düşünürük. Əl dezinfeksiyasını təmin edən dezinfeksiyaedici məhlullar ABŞ səfirliyi və USAID-in köməyi ilə bütün ərazilərdə mövcud olacaq. Eyni zamanda, MSK tərəfindən qələmlərlə bağlı versiya düşünülüb, bu individual qələmlərlə əlaqəlidir.

Heç kimin istifadə etmədiyi qələmləri ayrı-ayrılıqda bütün seçicilərə təqdim etməyi planlaşdırırıq. Qələmlər hamı üçün əlçatan olacaq və təbii ki, bu qələm seçicilər tərəfindən birdəfəlik istifadə ediləcək . Evdən kimsə qələmini seçki məntəqəsinə apararsa, əlbətdə istifadə edə bilər" dedi Jvania

Bizimlə əlaqə saxlayın