22 
Sen
2020
13:20
749

Parlament sədri ancaq bu şərtlə Rusiya ilə münasibətlərin normalaşmasından danışıla biləcəyini açıqladı

“Rusiya ilə ikitərəfli münasibətlər ərazilərimizin işğaldan azad olunmasından və Gürcüstanın iki bölgəsində qanunsuz olaraq duran rus əsgərlərinin ölkəmizin ərazisini tərk etməsindən sonra normallaşa bilər. Yalnız bundan sonra münasibətlərimizin normallaşmasından danışa bilərik”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirdi.

Parlament sədrinin sözlərinə görə, indiyə qədər Rusiya tərəfindən atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı ciddi bir siyasi qərar verilməyib.

Onun sözlərinə görə, Gürcüstan nə qədər uğur qazanırsa, Rusiya bu uğurlara, dezinformasiya yolu ilə mane olmağa çalışır.

Eyni zamanda, Arçil Talakvadzenin sözlərinə görə, hökumət insanların obyektiv məlumatlara sahib olmaları üçün hər şeyi edir.

"Mövcud formatlara gəldikdə, bu Cenevrə formatı, beynəlxalq formatdır. Burada müxtəlif vacib məsələləri müzakirə etməliyik - nə atəşkəs razılaşmasının, nə də digər məsələlərin Rusiya tərəfindən həll olunmadığını görürük. Bəyanatlar, təəssüf ki, hər iki işğal olunmuş bölgədə yaşadığımız dəhşətli fonu dəyişdirmir - bunlar mütəmadi olaraq baş verən ciddi insan haqları pozuntuları, hadisələr və təxribatlardır. Rusiyanın Gürcüstandakı mümkün maraqlarına gəlincə, Rusiyanın demokratik inkişafımızı əngəlləməyə çalışması şübhəsiz ki, yeni deyil - ölkəmiz nə qədər uğur qazanırsa Rusiya o qədər mane olmağa çalışır. Açıqca müəyyənləşdirilmiş qərbyönümlü siyasətə sahib olan hökumət və siyasi komandamız insanların obyektiv məlumatlara sahib olmaları üçün hər şeyi edirlər. Dezinformasiya cəmiyyətimizin qərarına təsir etməyəcək", - dedi Arçil Talakvadze.

Bizimlə əlaqə saxlayın