24 
Sen
2020
09:43
909

Milli Hərəkatın üzvü Mixeil Saakaşvilinin təklifindən danışdı

“Mixeil Saakaşvilinin təklifi birləşmiş müxalifət siyahısının yaradılması idi, hansı ki, müxalifətin bütün üzvləri daxil olacaqdı və birgə front xətti yaradılacaqdı, ancaq bir partiyanın etirazına görə, bu baş tutmadı”.

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkatın” üzvü Tina Bokuçava deyib.

Tina bokuçava “Milli Hərəkat” və “Avropa Gürcüstanı” arasında danışıqlar baş tutması ilə bağlı verilən bəyanatada münasibət bildirdi.

“Danışıqlar zamanı, “Milli Hərəkat” bir çox şeydə güzəşt etməyə və “Avropa Gürcüstanının” şərtlərini qəbul etməyə razı idi, çünki bizi konkret vəzifələr maraqlandırmır. Tək məqsədimiz qələbədir.

Yenə də İvanişvili rejiminə qarşı mübarizə aparan bütün siyasi partiyalarla əməkdalıq üçün açığıq” – dedi Tina Bokuçava.

Bizimlə əlaqə saxlayın