24 
Sen
2020
21:30
485

Darğallı: "Tsopi və Çanaxçı kəndlərində yeni məktəblərin inşası prosesi fəal şəkildə davam edir"

Hakim Gürcü Arzusu partiyasının Marneuli-Qardabani majoritar namizədi Zaur Darğallı seçkiqabağı kampaniya çərçivəsində Marneulinin dağlıq yaşayış məntəqəsi statuslu kəndlərində görüş keçirib.

InterPress.ge xəbər verir ki, Z. Darğallı yerli sakinlərə komandasının prioritetlərini təqdim edib və onların ehtiyaclarını dinləyib.

Görüşlər - Xocornu, Ağkörpü və Opreti inzibati ərazi vahidlərinin sakinləri ilə keçirilib.

"Qeyd edim ki, Tsopi və Çanaxçı kəndlərində yeni məktəblərin inşası prosesi fəal şəkildə davam edir. Bu o deməkdir ki, tezliklə orada yaşayan şagirdlər tamamilə yeni, müasir və rahat bir mühitdə təhsil ala biləcəklər", - deyə Darğallı qeyd edir.

Bizimlə əlaqə saxlayın