27 
Sen
2020
13:04
608

Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibət bildirdi

"Qarabağda inkişaf edən hadisələr narahatçılıq yaradır, tərəfləri atəşi dayandırmağa, sülh dialoquna daha çox vaxtın ayrılmasına çağırırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, İrakli Sesiaşvili bildirib.

Onun dediyinə görə, Gürcüstan həmişə sülhün, sabitliyin tərəfdarı idi və indi də, beynəlxalq ictimaiyyət ilə birlikdə, tərəfləri atəşi dayandırmağa çağırır.

“Bölgəmizin təhlükəsizliyi və ölkəmizin təhlükəsizliyi üçün münaqişə bölgənin təhükəsizliyi üçün çox təhlükəlidir. Qarabağda inkişaf edən hadisələr bizimvə beynəlxalq ictimaiyyətin narahatlığını yaradır. Sözsüz ki, biz həmişə sülhün, sabitliyin tərəfdarı idik və indi də, beynəlxalq ictimaiyyət ilə birlikdə, tərəfləri atəşi dayandırmağa və sülh dialoquna daha çox vaxtın ayrılmasına çağırırıq. Müvafiq xidmətlərimiz ümumi prosesi müşahidə edəcəklər, hadisələri analizə edəcklər və sülh və təhlükəsizlik üçün bizim də dəstəyimiz lazım gəlsə, sözsüz ki, bunun üçün hazırı olacağıq”, – Sesiaşvili qeyd etdi.

Bizimlə əlaqə saxlayın