28 
Sen
2020
14:21
2060

Saakaşvilidən açıqlama: "Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir"

"Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişdirməyəcək".

InterPress.ge xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə sosial şəbəkədə Qarabağ münaqişəsi ilə əlaqədar yazır.

Mixail Saakaşvilinin sözlərinə görə, Gürcüstan Qafqazın üç xalqı arasındakı dostluq münasibətlərində maraqlıdır.

“Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülh və xalqlarımızın rifahı üçün qayğı göstərənlərin hamısını çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Buna görə də insan fədakarlığını və vəziyyətin gərginləşməsini ürək ağrısı ilə izləyirəm. Mənim mövqeyim çox aydındır, dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək, əlbəttə ki, eyni zamanda bu bölgədən qovulan hər kəsin öz evlərinə və və torpaqlarına qayıtmaq hüququ var. Onların dinc yaşamaq hüququ var və hüquqları qorunmalıdır. Gürcüstan, Qafqazın üç xalqı arasında qardaşlıq və dostluq münasibətlərində maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlərə bənzəməlidir və yalnız xarici qüvvələr bizi ələ keçirməkdə və bizə hakim olmaqda maraqlıdır və biz buna heç bir şəkildə imkan verməməliyik!", - Mixail Saakaşvili yazır.

Bizimlə əlaqə saxlayın