30 
Sen
2020
09:24
619

Gürcü Arzusu partiyası Marneulidə baş verənlərlə bağlı bəyanat yayır

“Gürcü Arzusu – Demokratik Gürcüstan” Marneuli munisipalitetində baş verən insindentlə bağlı bəyanat yayır.

InterPress.ge Gürcü Arzusu-nun yaydığı bəyanatı təqdim edir:

“Marneuli munisipalitetində “Milli Hərəkat” üzvləri tərəfindən seçki administrasiyasına zorla daxil olmaq cəhdinə və MSK əməkdaşına qarşı fiziki zorakılıq faktına şahid olduq.

Hadisə yerində polis səfərbər olunmuşdu və qeyd olunan işin istintaqı başladılıb.

Ancaq, “Milli Hərəkatın” aktivistləri zorakılıqla yetinmədilər və gecə saatlarında, alkohol təsiri altında “Gürcü Arzusu” ofisinin yanına getdilər və dəstəkçilərimizi sözlü və fiziki təhqir etdilər. Nəticədə münaqişə iki tərəfli qarşıdurmaya çevrildi.

Hökümət destabilizasiya və qarışıqlıq yaratmaq cəhdlərinə izin verməyəcək və qanun kənarına çıxan hərkəs cəzalandırılacaq.

Hərkəsə müraciət edirik ki, bütün hücumlara layiqli cavab verək, ancaq güc və yumruqla deyil, sülh və seçki yolu ilə cavab verək” – deyilir partiyanın bəyanatında.

Bizimlə əlaqə saxlayın