30 
Sen
2020
14:31
1062

Zaur Darğallı Marneulidə baş verən qarşıdurmaya münasibət bildirdi

"Zorakılıq bizim stilimiz deyil, zorakılıq Vahid Milli Hərəkat partiyasının stilidir. Onlar səhər saatlarından Gürcü arzusu qərargahının qarşısında təxribata cəhd edirdilər".

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcü arzusunun Qardabani - Marneulinin majoritar deputatlığa namizədi Zaur Darğallı Marneulidə baş verən insidentlə bağlı açıqlama verib.

Onun bildirdiyinə görə, seçki kampaniyası dinc sakit şəkildə keçəcək və Gürcü arzusu heç bir təxribatın olmayacağına zəmanət verir.

"Dünən səhər saatlarından Vahid Milli Hərəkat partiyası tərəfindən müxtəlif növ təxribatlar törətməyə cəhd edilirdi. Bu gün ərzində davam edirdi. Axşam saatlarında aktivistlərimiz qərargahın qarşısında oturan zaman VMH partiyasının nümayəndələri hücum etdilər və qərargah qarşısında oturan hər kəsin anasına söydülər. Nəticədə isə fiziki qarşıdurma yarandı. Təəssüflər olsun ki, VMH partiyası təxribatlara əl atırlar çünki onlar bilirlər ki, həm Marneulidə, həm də bütün Gürcüstanda seçkilərə məğlub olublar. Bizim seçki kampaniyasımız pozitiv keçir. Baş verən insidentlə bağlı hüquqmühafizə orqanları işləyir və nəticələr əldə edəcəyik. Zorakılıq bizim stilimiz deyil, zorakılıq Vahid Milli Hərəkat partiyasının stilidir. Onlar səhər saatlarından Gürcü arzusu qərargahının qarşısında təxribata cəhd edirdilər. Bizim seçki kampaniyamız dinc sakit şəkildə keçəcək və Gürcü arzusu heç bir təxribatın olmayacağına zəmanət verir. Biz əhali tərəfdən dəstək hiss edirik və biz mütləq seçkilərdə qalib gələcəyik ", - dedi Zaur Darğallı.

Zaur Darğallı eyni zamanda “Gürcü Arzusunun” seçki mütəxəssisi Temur Şubitidzeyi, Marneulidə iş yerinə gedərkən, bir neçə nəfər tərəfindən döyüldüyü faktındanda danışıb.

"Bu gün səhər saatlarında Gürcü Arzusu partiyasının seçki mütəxəsizi Temur Şubitidze Tbilisidən Marneulidəki iş yerinə gələrkən, bir neçə nəfər onun avtomobilinin qarşısı kəsərək onu döyüb. Artıq bununla bağlı itintaq başladılıb.

Qeyd etmək istəyirəm ki, Vahid Milli Hərəkat partiyası hər zaman olduğu kimi hər seçkidə, seçkiqbağı kampaniyasını provakasiya ilə aparmaqda davam edir. Biz bütün Gürcüstan üzrə qalib gəldiyimizi bilirik və bundan irəli gələrək VHM partiyası ara qatmaqla, provakasiya etməklə məşğuldur", - dedi Zaur Darğallı.

Bizimlə əlaqə saxlayın