01 
Okt
2020
09:05
322

Bu gün "Gürcü Arzusu-Demokratik Gürcüstan" siyasi birliyi təqdimat keçirəcək

Bu gün "Gürcü Arzusu-Demokratik Gürcüstan" siyasi birliyi 2020 seçki proqramının və seçki siyahısını təqdimatını keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təqdimatda "Gürcü Arzusu" nun liderləri, seçki siyahısının üzvləri, majoritar namizədlər, parlament çoxluğu üzvləri və Nazirlər Kabineti iştirak edəcək.

Təqdimat saat 20: 00-da Expo-Georgia-da keçiriləcək.

Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri 31 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 30 deputat majoritar, 120-si isə proporsional qaydada seçiləcək.

Bizimlə əlaqə saxlayın