14 
Nybr
2020
14:01
318

Müxalifətlə görüşdən sonra Talakvadze açıqlama verdi

"Siyasi partiyalar arasında dialoq rejimi bitməyib".

InterPress.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze deyib.

Jurnalistlərə açıqlama verən Arçil Talakvadze görüşdə dəqiq hansı məsələlərin müzakirə olunduğunu bildirməyib, lakin dialoq üçün qapının açıq olduğunu vurğulayıb.

"Dialoq bitməyib. Dialoq və razılaşma üçün hələ də qapı açıqdır. Başqa bir görüş keçirməyə razılaşdıq. Bildiyiniz kimi, danışıqların təfərrüatlarını açıqlamayacağımız barədə bir razılığımız var. Buna görə də bu barədə ətraflı şərh verə bilmərik. Bu şərtə əməl etmək məcburiyyətindəyik. Bu razılaşma əldə edilən kimi ictimaiyyət daha çox məlumata sahib olacaq.

Seçkilər keçirildi, indi əməkdaşlığın necə davam etdiriləcəyi və ölkə parlamentinin öz funksiyasını necə yerinə yetirəcəyini necə təmin edəcəyimiz barədə razılığa gəlmək üçün siyasi bir dialoqdayıq", -dediTalakvadze.

Xatırladaq ki, siyasi partiyaların liderləri arasında danışıqların ikinci mərhələsi ABŞ səfirinin iqamətgahında keçirildi. ABŞ səfiri ilə görüşdə AB-nin Gürcüstandakı səfiri Carl Hartzel iştirak etdi.

Bizimlə əlaqə saxlayın