25 
Nybr
2020
12:14
1100

Hökumət rəhbərliyində vətəndaşlara sosial yardımla bağlı görüş keçirildi

Kovid-19 qlobal pandemiyasının ikinci dalğası və iqtisadi böhranın ardınca Gürcüstan Hökuməti sosial yardım və özəl sektora dəstək tədbirləri paketi üzərində işlərini intensiv olaraq davam etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayır.

Bu gün Baş nazir Qiorqi Qaxaria hökumətin iqtisadi qrupu və Səhiyyə Naziri ilə işgüzar görüş keçirib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, məqsədli yardıma ehtiyac olduğuna vurğu edilib və bu baxımdan son günlərdə hökumətin iqtisadi qrupunun özəl sektorun nümayəndələri ilə aktiv görüşlər keçirdiyi bildirilib.

Yaxın gələcəkdə sərtləşdiriləcək və genişləndiriləcək nöqtə məhdudiyyətlərini maraqlarını nəzərə alaraq mümkün qədər tarazlaşdırmaq hökumətin vacib bir vəzifəsi olduğu da qeyd edilib. İclas zamanı iqtisadiyyatda mövcud tendensiyalar və ölkədəki ağır epidemioloji vəziyyət müzakirə edildib.

Hökumətin əsas vəzifələrinin infeksiyanın böyüməsini yavaşlatmaq və vətəndaşların sağlamlığına qayğı göstərmək, həmçinin qlobal böhranın iqtisadiyyata təsirini minimuma endirmək üçün iş yerlərini qorumaq olduğu bir daha vurğulanıb.

İntensiv görüşlər zamanı Baş nazir, biznes nümayəndələrindən qarşılaşdıqları çətinliklər haqqında məlumat alıb.

Bundan əlavə, hökumət fəal şəkildə vətəndaşlar üçün ünvanlı sosial yardım paketi üzərində çalışır və hökumətin bu mövzuda koronavirus ikinci dalğası kontekstində atacağı addımlar da yaxın zamanda açıqlanacaq.

Bizimlə əlaqə saxlayın