27 
Nybr
2020
15:28
583

Dolidze müxalifət partiyalarına müraciət etdi - "Pandemiya zamanı zərər çəkənlər üçün fond yaradın"

“Xalq üçün” hərəkatının lideri Ana Dolidze sosial şəbəkələrdə 2020 parlament seçkilərində barajı aşan və büdcədən maliyyə almaqdan imtina edən müxalifət partiyalarına - pandemiya qurbanları üçün fond yaratmaları üçün müraciət edir.

InterPress.ge xəbər verir ki, bu haqda Ana Dolidze Facebook hesabında yazıb.

“Mediada bir neçə müxalifət partiyasının büdcədən maliyyələşməməsi barədə açıqlamalar var. Bu onların haqqı və qərarıdır. Lakin, eyni zamanda, ehtiyacları olan insanların sayı da artır. Hər gün onlarca belə vətəndaş yazır. Bir təklifim var: vəsaiti partiyalar alsın və pandemiya zamanı zərər çəkənlər üçün fond düzəltsin. Bu milyonları ümumi qida və əsas şeylərə xərcləmək çox insanı xilas edəcəkdir”,- deyə yazıb Dolidze.

Bizimlə əlaqə saxlayın