18 
Mar
2020
10:28
920

Gürcüstan 20 min koronavirus testi alır

Gürcüstanın Səhiyyə Nazirliyi koronavirusun müəyyən olunması üçün 20 min test alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

O deyib ki, sutka ərzində tibbi müəssisələr yüzə yaxın koronavirus testi apara biləcəklər: “Hazırda bizdə 3 000 test var, 20 mini isə tədarük mərhələsindədir. Bizim bütün şübhəli halları testdən keçirmək imkanımız var”.

Bu arada səhiyyə naziri Ekaterina Tikaradze bildirib ki, Gürcüstanda koronavirusa yayılma hallarının artacağı gözlənilir. O, səhiyyə sisteminin daha çox sayda pasiyent qəbul etməyə hazır olduğunu qeyd edib.(Report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər