28 
Mar
2020
10:54
1265

Instagram Dırect-də yeni funksiya hazırlanır

Mobil tətbiqlər üzrə mütəxəssis və insayder olan Jane Manchun Wong bildirib ki, Instagram fotoservisi hal hazırda Direct bölməsi üçün "Active" adlı qovluq üzərində çalışır.

InterPress.ge xəbər verir ki, bu yeni funksiya vasitəsilə istifadəçilər real zaman ərzində Instagram tətbiqində olan dostlarını görə biləcəklər. Beləliklə istifadəçilər öz dostları arasında kimin online olduqlarını anlaya biləcəklər.

Bu yeni funksiyadan yararlanaraq kimlərin online olduqlarını bilmək üçün isə istifadəçi Instagram ayarlarında özünün şəbəkə statusunu (yəni online olduğunu) hamı üçün göstərməli olacaq. Instagram Direct-ə bu funksiyanın nə zaman əlavə ediləcəyi barəsində məlumat verilməyib.

Bizimlə əlaqə saxlayın