26 
Apr
2020
12:53
6218

WhatsApp istifadəçilərinə şad xəbər: Çoxdan gözlənilən yenilik təqdim edildi - FOTO

Koronavirus pandemiyasından dolayı evdən çıxmadığımız bu dönəmdə onlayn konfransların sayı olduqca artıb.

InterPress.ge xəbər verir ki, WhatsApp bunu nəzərə alaraq istifadəçilərinə jest edib.

Belə ki, son günlərdə tətbiqdə ən çox şikayət edilən funksiyalardan biri görüntülü zənglərin eyni zamanda 4 nəfərlə əlaqə ilə limitli olmasıdır.

Platforma rəsmiləri bu şikayətlərdən nəticə çıxararaq limiti iki dəfə artırıblar. Yəni artıq WhatsApp-da 8 nəfər eyni vaxtda görüntülü danışa bilər.

Feysbuk şirkətindən verilən açıqlamada isə deyilir ki, səsli və ya görüntülü edilməsindən asılı olmayaraq bütün zənglər tamamilə şifrələnir. Hansısa məlumat sızıntısı riski yoxdur.

Bizimlə əlaqə saxlayın