26 
Apr
2020
12:56
1219

Google-dan maraqlı funksiya

Telefon danışığını avtomatik yazma bir çox ölkədə qanuni olmasa da, bəzi ölkələrdə bu qanunsuz hesab edilmir.

InterPress.ge xəbər verir ki, bəzi telefon istehsalçıları və tətbiqlər tərəfindən istifadəçilərə təklif edilən xüsusiyyət Android telefonlar üçün standart hal ala bilər.

Qeyd edək ki, ilin əvvəlində bənzər funksiyanın anonsunu verən Google rəsmiləri indi də layihənin bəzi detallarını açıqlayıblar. Belə ki, bu funksiya tamamilə şəffaf olacaq. Yəni telefon danışığı yazılan zaman qarşı tərəf səsli mesaj şəklində xəbərdarlıq alacaq. Beləcə, gizli səsyazma problemi ortadan qalxmış olacaq. Səsyazma durdurulduqda da qarşı tərəfə bildiriş göndəriləcək.

Son zənglər bölməsində yer alan səs qeydlərini başqaları ilə paylaşa və dinləyə biləcəksiniz.

Qeyd olunur ki, sözügedən funksiya Android 9 və daha yeni versiyalı əməliyyat sisteminə malik telefonlar üçün keçərli olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri