30 
Apr
2020
04:35
1028

Instagram canlı yayımında ianə toplamaq olacaq

Instagram canlı yayımda ianə toplamaq funksiyasını istifadəçilərin ixtiyarına verib.

InterPress.ge xəbər verir ki, bunun üçün canlı yayım və ya hekayədə "İanə toplamaq" bölməsini seçmək, daha sonra ianənin toplayacağı qurumu qeyd etmək kifayətdir.

Şirkət rəsmiləri bu yeniliyi pandemiya dövründə canlı yayımların sayının artması ilə izah ediblər. Funksiyanı icra edərkən toplanan ianələrin miqdarı ekranda görünür.

Yeni funksiya hələlik məhdud sayda ölkədə istifadəyə verilib. Ölkəmizə gəlib gəlməyəcəyi isə hələ məlum deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər