10 
May
2020
04:00
1749

WhatsApp-da bu funksiya istifadəyə verildi

International Fact-checking Network şirkəti WhatsApp-da koronavirusla bağlı xəbərlərin doğruluğunu yoxlayan bot hazırlayıb. Botun apardığı yoxlama prosesi tamamilə avtomatlaşdırılıb.

InterPress.ge xəbər verir ki, artıq bot 4 minə yaxın xəbər, eləcə də koronavirusla bağlı şayiələrdən ibarət geniş məlumat bazasına malikdir.

İstifadəçi yalnız açar sözlə yazaraq informasiyanın doğruluğunu yoxlaya bilər. Məsələn, sarımsaq yazır və bot öz məlumat mənbəyinə istinadən sarımsağın koronavirusa qarşı sübut edilməmiş effektivliyi barədə xəbəri ona dərhal göstərir.

Botu istifadə etmək üçün sadəcə kontakt siyahısına +1 727 291 2606 nömrəsini əlavə etməlisiniz. Sonra bu kontakta mesaj göndərin bu zaman əks tərəfdən söhbətdə tam təlimat görünəcəkdir. Təəssüf ki, hazırda bot yalnız ingilis dilində lokallaşdırılıb. Lakin təşkilat tədricən dili genişləndirmək və müxtəlif ölkələrin medialarını əlavə etməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın