12 
May
2020
04:02
725

Elon Maskdan heyrətləndirən növbəti iddia: "Danışmaq və dil öyrənməyə gərək qalmayacaq"

"5 il ərzində dil öyrənməyə ehtiyac qalmayacaq".

InterPress.ge xəbər verir ki, bu sözləri Tesla şirkətinin rəhbəri Elon Mask yeni açıqlamasında deyib.

O bildirib ki, bu, gələcəkdə Neuralink cihazının insan beyninə bağlanması nəticəsində baş verəcək. Başa yerləşdirilən çip vasitəsilə insan beyninə elektrodlar göndəriləcək.

Onun sözlərinə görə, cihaz beyin xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da, təyinatı geniş olacaq. Məsələn, bu cihazla daha sürətli əlaqə qurmaq mümkün olduğuna görə, insanların danışması və dil öyrənməsinə ehtiyac qalmayacaq. Fərqli dildə danışmaq istəyənlər üçün sadəcə proqram yükləmək kifayət edəcək.

Qeyd edək ki, Elon Mask bu açıqlamanı atdığı tvitə görə sərvəti azaldıqdan dərhal sonra verib.

 

Bizimlə əlaqə saxlayın

Digər Texnologiya xəbərləri