14 
May
2020
03:39
1028

İnstagram-a hərkəsə lazım olan funksiya gəlir

İnstaqram sosial şəbəkəsi internetdə virtual münaqişələr ehtimalını azaltmaq üçün şərhlərlə bağlı bir sıra yeniliklər tətbiq edir.

InterPress.ge xəbər verir ki, bu barədə Feysbuk şirkətinə məxsus sosial şəbəkənin press-relizində xəbər verilir.

"İndi bir anda çox şərh silə, bir neçə nəfəri blok edib əlaqədə məhdudlaşdıra bilərsiniz. Ayrıca İnstaqramda kimlərin sizi publikasiyalarda və ya şərhlərdə qeyd edə biləcəyini təyin etmək imkanını əldə edəcəksiniz", - məlumatda bildirilir.

İstifadəçilər dərc altında 25-ə qədər şərhi qeyd edib bir kliklə silə və bu şərhlərin müəlliflərini blok edib, bəyəndikləri şərhləri ilk başda görünməsi üçün nişanlaya biləcəklər.

Bizimlə əlaqə saxlayın