26 
May
2020
10:05
945

WhatsApp-da yenilik

Məşhur mesajlaşma tətbiqi WhatsApp-ın QR kod xüsusiyyəti ilə bağlı yeni detallar məlum olub.

InterPress.ge xəbər verir ki, tətbiqin Android Beta versiyasında istifadəyə verilən yenilik platformadan istifadəni xeyli asanlaşdıracaq. Bu yenilik vasitəsilə profil paylaşmaq üçün ekrana bir dəfə toxunmaq kifayət edəcək. Bunun üçün QR koddan istifadə ediləcək. İnsanlar özləri üçün yaratdıqları QR kodu yaxınlarına da göndərə biləcəklər.

Yenilik hələ iOS istifadəçilərinin ixtiyarına verilib. Yaxın vaxtlarda Android istifadəçilərinin də yararlana biləcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər "texnologiya" xəbərləri