13 
Iyn
2020
16:50
1681

Başqasının “adapter”ini niyə istifadə etmək olmaz? — Smartfonda saxlanılan vacib məlumatlar...

Başqa adamın yükləyici kabeli (adapter) smartfonunuz üçün təhlükəlidir.

InterPress.ge xəbər verir ki, bu barədə "Maliyyə İdarəçiliyi Ali Məktəbi"nin analitik araşdırmalar şöbəsinin rəhbəri Mixail Koqan açıqlama verib.

“Qacetinizi enerji mənbəyi ilə əlaqələndirərkən ona aid olmayan yükləyici kabeldən istifadə edirsinizsə, smartfonunuz ciddi riskə məruz qalır. Bu halda smartfonda saxlanılan bütün həssas məlumatlara təsadüfən girişi təmin etmək olar”, — deyə M.Koqan bildirib.

Ekspert qeyd edib ki, saxta yükləyici kabel qacetin zədələnməsinə, batareyanın sıradan çıxmasına, həmçinin cihazın alışmasına səbəb ola bilər: “İctimai USB stansiyalarını enerji mənbəyi olaraq istifadə edən smartfon sahibləri də risk edirlər. Bu saytları idarə edən insanların xəbəri olmadan, dələduzlar cihazınıza daxil ola bilər”.

Eyni zamanda, Koqan hesab edir ki, tanışlarınızın və ya dostlarınızın yükləyici kabelini istifadə etməkdə heç bir problem yoxdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər