25 
Iyl
2020
16:29
918

Feysbuk 2011-ci ildən platformaya foto yükləyənlərə 400 dollar ödəniş edəcək

2015-ci ildə başlayan bir məhkəmədə məğlubiyyətə uğrayan Feysbuk rekord məbləğdə cərimələnib.

InterPress.ge xəbər verir ki, üztanıma texnologiyasına görə, şirkət 650 milyon dollar ödəməli olacaq.

Məhkəmə iddiasına görə, Feysbukdakı uztanıma texnologiyası istifadəçilərin fərdi məlumatlarını toplasa da, bu barədə onlara xəbərdarlıq etməyib. Bir müddət öncə platformadan qaldırılan taq təklifi funksiyası da məhkəmənin əsas predmetlərindən olub.

Məhkəmə nəticələrinə görə, Feysbuk 2011-ci ildən platformaya foto yükləyən istifadəçilərə 400 dollar ödəniş edəcək. Bununla yanaşı, 650 milyon dollar təzminat ödəməli olacaq.

Bizimlə əlaqə saxlayın