05 
Avq
2020
09:27
1973

WhatsApp istifadəçilərini sevindirəcək yinilik tətbiq etdi

WhatsApp mesajlaşma tətbiqində yeni funksiya istifadəyə verilib.

InterPress.ge Business Insider-ə istinadən xəbər verir ki, sözügedən yenilik vasitəsilə mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq.

Yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram seçilmiş mesajı “Google”da axtarışa verəcək.

Beləliklə, istifadəçi mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

“Fact-checking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Bizimlə əlaqə saxlayın