27 
Avq
2020
09:02
829

YouTube 11 milyondan çox videonu sildi

Bildiyimiz kimi, epidemiyaya görə insanlar evdən işləməyə başladı. Bu da nəticədə YouTube-da ləngimələrə səbəb oldu. Bu çərçivədə YouTube kanal qaydalarına uyğun olmayan videoları silməyə başladı.

InterPress.ge xəbər verir ki, YouTube tərəfindən edilən paylaşıma görə, aprel-iyun aylarında 11.4 milyon video silinib. Bu videoların böyük əksəriyyəti - 10.85 milyonu heç bir insanın müdaxiləsi olmadan, avtomatik olaraq çıxarılıb.

Silinən videolardan 3,8 milyonu uşaqların təhlükəsizliyi, 3,2 milyonu spam və ya fırıldaqçılıq, 1,7 milyon çılpaqlıq və ya cinsi məzmun təşkil etdiyi üçün, 1,2 milyon zorakılığa görə silinib.

Bizimlə əlaqə saxlayın