27 
Avq
2020
09:03
947

WhatsApp-da bir çox insanı narahat edən əhəmiyyətli problemi həll olunacaq — FOTO

WhatsApp messencerində əhəmiyyətli problem həll olunacaq.

InterPress.ge xəbər verir ki, tətbiqdə faylların göndərilməsi nəticəsində smartfonun saxlama yerinin dolması artıq istifadəçiləri narahat etməyəcək.

Cihaz yaddaşının yükünü azaltmaq üçün istifadəçilər müntəzəm olaraq bəzi və ya bütün faylları silmək məcburiyyətində idilər, indi isə lazımsız materiallar avtomatik olaraq yaddaşdan silinəcək.

İnsayderlərin məlumatına görə, proqram qurucuları genişləndirilmiş "multimedia" funksionallığı ilə apdeyti sınaqdan keçirirlər.

Qapalı test mərhələsində olan tətbiqin beta versiyasının ekran görüntüsü yayılıb. Təsvirə əsasən, tezliklə messencerdə quraşdırılmış fayl meneceri olacaq, bunun köməyi ilə istifadəçilər yazışmalarda multimedia məzmununa bağlı olan yaddaş həcminə nəzarət edə biləcəklər.

Bundan əlavə, mənbənin məlumatına görə, tətbiqə ağıllı yaddaş təmizləyici alqoritmi inteqrasiya olunacaq.

Bizimlə əlaqə saxlayın