30 
Avq
2020
08:21
1218

Şarj cihazı telefona qoşulmamış halda elektrik yuvasında saxlanıla bilərmi?

Şarj cihazını elektrik yuvasında telefona qoşulu olmadan saxlamaq olmaz. Çünki bu həm cihazın xarab olmasına, həm də yanğına səbəb ola bilər.

“Praym”ın məlumatına görə, bu barədə “Sinergiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, cihazın özü uşaqlar və ev heyvanları üçün əlçatmaz olan yerdə saxlanılmalıdır. Belə ki, ev heyvanları naqili çeynəyə bilər, bu isə səhhətlərinə zərərdir. Uşaqlar da cihazı ağızlarına aparırlar, bunun nəticəsi də faciəvi ola bilər.

“Bundan başqa, şarj aparatını ildırım çaxarkən, yaxud güclü külək vaxtı elektrik yuvasına taxılı qoymaq olmaz”, - deyə ekspert vurğulayıb.

Kosarev həmçinin orijinal şarj aparatlarından istifadəni məsləhət görüb.

O, smartfonda akkumlyatorun şarjına nəzarətin vacibliyini də vurğulayıb.

“Qadjetinizin akkumlyatorun boşalmasına görə sönməsinə imkan verməyin, bundan başqa 100 faiz doldurmaq da lazım deyil. Akkumlyatorun ömrü üçün ən optimal variant onun şarjını 20-80 faiz arasında saxlamaqdır”, - deyə ekspert bildirib.

Bizimlə əlaqə saxlayın