16 
Okt
2020
10:28
591

Samsung-dan daha bir UCUZ smartfon

Samsung Electronics şirkəti Galaxy M31 Prime Edition ucuz smartfonunu təqdim edib.

InterPress.ge şirkətə istinadən xəbər verir ki, oktyabrın 17-dən Hindistanda 225 ABŞ dollarından satışa çıxarılacaq yeni cihaz FullHD+ təsvirli, 6,4 düyümlük Super AMOLED ekranı, Exynos 9611 prosessoru ilə təchiz olunub və 6/128 GB yaddaşa malikdir.

Smartfonda 64 MP, 8 MP, iki ədəd 5 MP-lik olmaqla dörd kamera var. Ən maraqlı cəhəti isə 26 saat video baxmağı təmin edə bilən 6000 MA-lıq akumulyatordur. Detalın sürətli doldurulma gücü 15 vt-dır.

Paylaş

Bizimlə əlaqə saxlayın