03 
Nybr
2020
08:51
497

“Disney” insan baxışına malik robot yaratdı - VİDEO

“Disney Research” insanabənzər robotların insanlarla göz təması qurmasına kömək edəcək bir sistem yaradıb.

InterPress.ge xəbər verir ki, multimperiyanın robototexnika sahəsindəki nailiyyətləri barədə “Gizmodo” məlumat verib.

Robot nəinki “üzünü” ona baxan şəxsə çevirir, hətta insan gözlərinin sakkad adlandırılan qəfil hərəkətlərini və nəfəs alarkən təbii baş hərəkətlərini imitasiya edə bilir.

Nümunə olduqca qorxuducu görünür - dərisi yoxdur və Hollivud filmlərindən zombiləri xatırladır. Ancaq texnologiyanın özünün yaxşı perspektivləri var.

Belə ki, bu robotlardan bütün dünyada animatron simvolların istifadə olunduğu “Disneyland” şəhərciklərində tətbiq oluna bilər.

Bizimlə əlaqə saxlayın