27 
Mat
2020
18:53
1940

Marneuli və Bolnisi əhalisinə qarşı mətbuat və sosial şəbəkələrdə səslənən təhqirlərə görə sizdən üzr istəyirik - Tamta Mikeladze

Məqalə

"Bu məktubu sizə Gürcüstanın sıravi vətəndaşları yazır və hamını sizə dəstək olmağa çağırırıq.

İlk növbədə, cəmiyyətimizin bir hissəsi tərəfindən Bolnisi və Marneuli əhalisinə qarşı mətbuat və sosial şəbəkələrdə səslənən təhqirlərə görə sizdən üzr istəyirik.

İstəyirik biləsiniz ki, biz belə düşünmürük. Sizə dostlarımız, tanıdıqlarımız ya da tanımadıqlarımız, Gürcüstanın ən əhəmiyyətli hissəsi kimi dəyər verir və çox qiymətli əməyinizlə ümumi rifan xidmət etdiyinizə görə təşəkkür edirik. Biz bir ölkənin vətəndaşlarıyıq və ümumi sosial problemlərini dərk edirik. Pandemiya suyun əlçatan olmaması, gündəlik maaşdan asılı olan insanların ümidsizliyi kimi problemləri xüsusilə önə çıxardı. Gürcüstanlı azərbaycanlıların ayrıca problemi deyə bir şey yoxdur, o, hamının eyni dərəcədə problemidir.

Sizə ürəkdən həmrəy olduğumuzu bildirib, yaranmış çətin vəziyyətdə sizə güclü olmağınızı arzulayırıq", - Tamta Mikeladze öz facebook səhifəsində yazır.

 

Bizimlə əlaqə saxlayın