Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına yardım göstərilməsi və döyüş sursatlarının qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Hüquq-mühafizə orqanları şübhəli şəxsin ifşa edilməsi məqsədilə onun adına göndərilmiş bağlamanın nəzarətli çatdırılmasını həyata keçirib. Nəticədə, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb. Onların arasında 5 kiloqramdan çox „mefedron“ və 3 kiloqrama yaxın „alfa-PVP“ olub.
Təqsirləndirilən şəxsin yaşayış evində aparılan axtarış zamanı narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar, 2 ov tüfəngi və döyüş sursatları da aşkarlanaraq götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 19-260, 260-cı kvart və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
