Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

GAİM-in şagirdləri beynəlxalq intellektual olimpiadada 21 kubok qazanıblar

3
GAİM-in şagirdləri beynəlxalq intellektual olimpiadada 21 kubok qazanıblar
Dinləmək üçün basın
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisidə keçirilən “AMAkids WORLD CUP – TBİLİSİ 2026” beynəlxalq intellektual olimpiadasında iştirak edərək müxtəlif istiqamətlər üzrə I, II və III yerləri tutublar. Müsabiqənin nəticələrinə əsasən, GAİM-in təmsilçiləri ümumilikdə 21 kubok qazanıblar.

InterPress.ge xəbər verir ki, olimpiadada dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçı yer alıb. Yarış gənclərin intellektual potensialının inkişafı, beynəlxalq təcrübə qazanması və sağlam rəqabət şəraitində bacarıqlarını nümayiş etdirməsi baxımından əhəmiyyət daşıyıb.

GAİM-in şagirdləri müxtəlif məktəbləri təmsil edərək aşağıdakı nəticələri əldə ediblər:

Candar İctimai Məktəbi – 5 kubok

* Gülay İsmayılova – İngilis dili (I yer), mental arifmetika (I yer), riyaziyyat (III yer) – 3 kubok;

* Əli Cəfərli – riyaziyyat (III yer) – 1 kubok;

* Nərmin Cəfərli – İngilis dili (III yer) – 1 kubok.

Maarif Məktəbi – 12 kubok

* Alina Əhmədova – mental arifmetika (II yer), İngilis dili (II yer), riyaziyyat (III yer) – 3 kubok;

* Adeliya Hümbətova – mental arifmetika (II yer), riyaziyyat (II yer), İngilis dili (II yer) – 3 kubok;

* Nurməhəmməd Piriyev – mental arifmetika (I yer, promokod hədiyyəsi ilə), İngilis dili (II yer) – 2 kubok;

* Raul Antesov – Mental Arifmetika Kids (I yer) – 1 kubok;

* Elisa Əhmədova – Mental Arifmetika Kids (I yer) – 1 kubok;

* Ada Darğallı – İngilis dili (II yer) – 1 kubok;

* Səccad Aslanov – mental arifmetika (II yer) – 1 kubok.

6 nömrəli Məktəb – 2 kubok

* Ayan Axundova – mental arifmetika (III yer) – 1 kubok;

* Adəm Axundov – mental arifmetika (III yer) – 1 kubok.

Şulaver Məktəbi – 1 kubok

\- Əli Qasımov – Mental Arifmetika Kids (I yer) – 1 kubok.

Alget Məktəbi – 1 kubok

\- Tapdıq İsmayılov – mental arifmetika (I yer) – 1 kubok.

Olimpiadada Gürcüstan, Azərbaycan, Yunanıstan, Ermənistan, Özbəkistan, Nepal, Monako, Amerika Birləşmiş Ştatları, Fransa, Belçika və Malta təmsil olunub.

Yarış üç əsas istiqamət üzrə keçirilib:

* İngilis dili;

* Riyaziyyat;

* Mental arifmetika.

GAİM şagirdlərinin beynəlxalq platformada iştirakı onların analitik düşünmə, məntiqi təhlil, sürətli qərarvermə və özünəinam bacarıqlarının inkişafına töhfə verib.

Noyabrın 17-də GAİM-də olimpiadadan qayıdan şagirdlərə kubok və sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların təhsil aldıqları orta məktəblərin direktorları da iştirak ediblər.

GAİM olimpiadanın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşkilatçılara, mərkəzin mental arifmetika müəlliməsi Sayalı İsmayılovaya, şagirdlərə, onların valideynlərinə, müəllimlərə, professorlara, universitetlərə və bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Mərkəzdən qeyd olunub ki, əldə edilən 21 kubok şagirdlərin əzminin, zəhmətinin və biliklərinin göstəricisidir. İnanılır ki, qazanılan beynəlxalq təcrübə onların gələcək inkişafı üçün yeni imkanlar yaradacaq və daha böyük uğurlara yol açacaq.

GAİM bütün qalibləri və iştirakçıları təbrik edərək onlara gələcək təhsil və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

1 / 7


Xəbəri qiymətləndir

Son xəbərlər

Gürcüstanın ali təhsil sistemində yeni dəyişikliklərŞalva Papuaşvili: “Lelo” Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edirdiİrakli Kupradze: Şalva Papuaşvilinin könüllülərin Ukraynaya göndərilməsi ilə bağlı iddiası yalan və böhtandır24 min lari dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan şəxs saxlanılıb8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb – 1 nəfər saxlanılıbSon xəbərlərə bax →