20 
May
2020
21:04
3144

Hökumət böhran əleyhinə planda nəzərdə tutulan sosial yardımların veriləcəyi vaxtı açıqlayıb

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bu gün müvafiq qurumların nümayəndələri ilə birlikdə hökumətin böhran əleyhinə planında nəzərdə tutulan maliyyə güzəştlərinin – sosial yardımların, işsiz qalmış vətəndaşlar və özünü işlə təmin etmiş insanlar üçün təzminatın verilməsi məsələsini müzakirə edib.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı hökumətin anti-böhran planı ilə nəzərdə tutulan sosial yardımların may ayının sonundan etibarən mərhələli şəkildə veriləcəyinə dair qərar qəbul olunub.

Hökumətin böhran əleyhinə planına əsasən, sosial cəhətdən həssas olan vətəndaşlar altı ay ərzində dövlətdən əlavə olaraq, cəmdə 600 lari yardım alacaqlar. Bundan əlavə, sosial reytinq balı 0 ilə 100.000 arasında olan və 16 yaşınadək üç və ya daha çox uşağı olan ailələrə dövlət 6 ay müddətində cəmdə 600 lari miqdarında yardım göstərəcək.

Bu gün Gürcüstanda belə ailələrin sayı 21 mini təşkil edir. Eyni zamanda, ağır əlilliyi olan insanlar və sağlamlıq imkanları məhdud uşaqlar da həmçinin, altı ay ərzində cəmdə 600 lari miqdarında dövlət yardımından faydalanacaqlar və bu günə olan göstəricilərə görə, Gürcüstanda 40 min belə vətəndaş var.

Bizimlə əlaqə saxlayın