20 
May
2020
22:57
773

Ramazan ayının 27-ci gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 21-də imsak Tbilisi vaxtı ilə saat 03:37-də, iftar vaxtı isə 20:38-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

27-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”.

Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər