30 
Iyn
2020
21:07
2243

İmnadze Gürcüstanda hansı təqdirdə virusun ikinci dalğasının olmayacağını açıqladı

"Koronavirusla bu cür yaşamağa davam etsək, virusun ikinci dalğası bizdən daha uzaq olar".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzi rəhbərinin müavini Paata İmnadze açıqlama verib.

Onun qeyd etdiyinə görə koronavirusun ikinci dalğası artıq dünyanın bir çox ölkəsində mövcuddur.

Dünyanın bir neçə ölkəsində biznes fəaliyyət göstərdikdən sonra koronavirus geri qayıtdı və daha da geniş yayılmağa başladı. Bəzi ölkələrdə koronavirusun hətta 3-cü dalğası da ola bilər.

Koronavirusla bu cür yaşamağa davam etsək, virusun ikinci dalğası bizdən daha uzaq olar. Əks təqdirdə isə bizə daha da yaxın olar.

Bizimlə əlaqə saxlayın