09 
Iyl
2020
11:02
1148

Gürcüstanda deputat həbs olundu

Polis ailə zorakılığı zəminində hədə qorxu, ailə zorakılığı, odlu silah və döyüş vasitələrini qanunsuz alıb saxlama faktı ilə Telavi bələdiyyə məclisinin deputatı Mixeil Qremelaşvilini həbs edib.

InterPress.ge xəbər verir ki, yayılmış məlumata görə, Daxili İşlər Nazirliyinin Kaxeti polis departamentinin əməkdaşları isti izlərlə keçirilən operativ- axtarış və istintaq tədbirləri nəticəsində 1980 ci il təvəllüdlü M.Q ailə üzvlərinə qarşı zorakılığında və odlu silah və döyüş vasitələrini qanunsuz alıb saxlama faktı ilə ittiham olunaraq həbs edilib.

İstintaqla təsdiq olundu ki, vətəndaş adına qeydiyyatdan keçmiş “Tete” sistemli odlu silahla həyat yoldaşını və övladlarını öldürməklə hədə qorxu gəlib eləcə də, onlara fiziki təzyiq göstərib. M.Q yaşayış evində axtarışlar zamanı qanunsuz əldə olunmuş Kalaşnikov sistemli odlu silah aşkarlanıb.

İstintaq Gürcüstan cinayət məcəlləsinin 11 prima- 151- əci maddənin və 236-cı maddənin 3-cü hissəsilə aparılır.

Cinayət 4 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın