11 
Iyl
2020
12:50
2982

Səhiyyə nazirinin müavini təhsilin başlaması ilə bağlı sevindirici açıqlama verdi

"Bugünki vəziyyətə nəzərən məktəblərin və təhsilin başlamasının vaxtını uzatmaq proqnozuna əsas mövcud deyil çünki, ölkədə virusun daxili yayılması yoxdur".

InterPress.ge xəbər verir ki, bu haqda səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

"Vəziyyət hər gün dəyişir və buna nəzarət etməliyik. Məktəblər planlaşdırılan qaydada başlamalıdır. Onlayn təhsilə gəldikdə isə həm onlayn həm də distant rejimdə tədris olmalıdır. Buna baxmayaraq texniki imkanlardan nə qədər çox istifadə etsək bir o qədər yaxşıdır ", - deyə o bildirib.

Tamar Qabunianın bildirdiyinə görə ölkəyə virus daxil etmə halları son zamanlarda artıb.

Son zamanlarda demək olar ki, 95 % virusun ölkəyə daxil edilməsi halları artıb. Lakin ölkənin özündə daxili yayılma halları nadir hallarda baş verir.

"Bu onun göstəricisidir ki, vəziyyət nəzarət altındadır. Hələ ki, daxili ötürmələr mövcud deyil və təhlükə minimal həddədir. Əgər belə davam edərsə narahatçılıa heç bir səbəb olmayacaq. Lakin çox diqqətli olmalıyıq çünki sərhədlər açılır və daxil etmələr ola bilər. Xarici səyahətçilər üçün nəzərdə tutulan tövsiyyə ölçülərinə riayət olunmalıdır", - Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın