13 
Iyl
2020
13:38
2150

Açıq havada mədəni tədbirlərin neçə nəfər ilə keçirilməsinə aydınlıq gətirildi

Baş nazirin rəhbərliyi altında İdarələrarası Koordinasiya Şurasının qərarı ilə Səhiyyə Nazirliyinin verdiyi tövsiyələrə uyğun olaraq bu gün açıq havada mədəni tədbirlərin keçirilməsinə icazə verildi.

InterPress.ge xəbər verir ki, bu barədə hölumət adminstrasiyasının mətbuat xidməti məlumat verir.

Verilən məlumata görə, açıq məkanda keçirilən mədəni tədbirlərin auditoriyası 200-dən çox olmamalıdır. Bununla birlikdə, bugünkü iclasda şura Səhiyyə Nazirliyinin qurduğu protokola uyğun olaraq qapalı məkanlarda məşqlərə icazə verməyə qərar verdi.

"Bundan əlavə, Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi üzgüçülük hovuzlarını, idman salonlarını və otelləri yoxlamağa davam edir. Restoranlarda vaxtaşırı yoxlamalar da aparılır. Mövcud məlumatlara görə, 1000 otel və bir neçə onlarla hovuz və idman salonu fəaliyyət lisenziyasını alıb", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın