05 
Avq
2020
23:04
1259

Mərkəz rəhbəri məktəblərdə bir sıra qaydaların tətbiqindən danışdı

"Ənənəvi olaraq əgər sinif otağında və ya auditoriyada 20 şagird və ya tələbə otururdusa indi bu belə olmayacaq. Bunun üçün müvafiq standartlar işlənir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun koordinasiya şurasının iclasından sonra bildirdiyinə görə, bütün tövsüyyələr düzgün planlaşdırılmalıdır ki ölkədə epidemioloji vəziyyət pisləşməsin.

“Epidemioloji vəziyyətdən irəli gələrək, indi təhsil tədris ilinin başlaması üçün heç bir təhlükə yoxdur. Bu təhsilin başlaması üçün problem deyil. Təhsilin başlaması məktəblərdə mobilizasiyanın artımı olacaq. Minlərlə şagird və tələbələr təhsil ilinə başladıqda ənənəvi stil mövcud olmayacaq. Əgər sinif otağında və ya auditoriyada 20 şagird və ya tələbə otururdusa indi bu belə olmayacaq. Bunun üçün müvafiq standartlar işlənir. Az yaşlı şagirdlərin maskadan istifadə edə bilmədiyindən irəli gələrək müvafiq tövsüyyələr işlənəcək. Tövsüyyələr həm ictimai məktəblər həm də ali təhsil ocaqları üçün işlənəcək. Miqyaslı bir addım atıldıqda təbii ki, risk böyükdür. Buna görə də hər şey düzgün planlaşdırılmalıdır ki, epidemioloji vəziyyət pisləşməsin”, - deyə Amiran Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın