11 
Avq
2020
12:49
3377

Gürcüstan vətəndaşları bu ölkəyə səfər etdikdə karantinə alınmayacaq

Finlandiya hökuməti vətəndaşlarının məcburi karantin olmadan girə biləcəyi ölkələrin siyahısını yeniləyib. Gürcüstan da bu siyahıda 25 ölkə arasında yer alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Finlandiya mətbuatı məlumat yayır.

Xüsusilə aşağıdakı Avropa Birliyinin və Şengen ölkələrinin vətəndaşları Finlandiyaya məhdudiyyətsiz daxil ola bilərlər: İrlandiya, İslandiya, İtaliya, Malta, Yunanıstan, Kipr, Latviya, Litva, Estoniya, Lixtenşteyn, Norveç, Almaniya, San Marino, Slovakiya, Danimarka, Macarıstan ... Yuxarıda sadalanan AB-dən kənar ölkələrə əlavə olaraq, Finlandiyanın sərhədləri AB-nin təhlükəsiz ölkələr siyahısına daxil etdiyi 8 ölkə üçün açıqdır.

Sözü gedən səkkiz ölkə bunlardır: Gürcüstan, Cənubi Koreya, Yaponiya, Ruanda, Tayland, Tunis, Uruqvay və Yeni Zelandiyadır.

Digər ölkələrdən Finlandiyaya gələn səyahətçilər məcburi karantindən keçməlidirlər.

Bizimlə əlaqə saxlayın