12 
Avq
2020
13:03
1172

İmnadze əhaliyə müraciət etdi: "Vəziyyət nəzarətdən çıxa bilər"

"Əgər koronavirusun bir neçə nöqtəsi ölkədə yaranarsa o zaman vəziyyət nəzarətdən çıxa bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri müavini Paata İmnadze deyib.

Onun sözlərinə görə, hər bələdiyyədə tədqiqatların aparılması üçün resurs çatışmazlığı yarana bilər.

Paata İmnadze əhaliyə bir daha verilən tövsiyyələrə və qaydalara riayət olunması üçün müraciət edir edir.

"Mestiada keçirilən bütün tədbirlərin məqsədi virusun yayılma riskinin qarşısını almaq idi. Lakin qeyd edim ki əgər ölkədə bu kimi bir neçə nöqtə yaranarsa vəziyyət nəzarətdən çıxa bilər. Hər bir bələdiyyədə tək-tək tədqiqatlar aparmaq üçün resurs yetməyə bilər.

Xoşbəxtlikdən Kazbeqdə vəziyyət idarəolunandır. Mestiyada 1000 bioloji nümunə götürüldü və bioloji nümunə sayı bizə Mestiyada vəziyyətin nə yerdə olduğunu göstərir. Nümunələrin cavabları hələ məlum deyil. Mən əhaliyə müraciət edirəm ki, tətbiq olunan bütün tövsiyyələrə qaydalara xüsusilə istirahət zonalarında maksimal dərəcədə riayət olunsun əks təqdirdə vəziyyət pisləşə bilər. Fəaliyyətdə olan biznesmenlərə restoran kafe mehmanxana və s. Sahibkarlarına müraciət edirəm, müştərilərinizlə eləcədə restoranlarda kafelərdə mehmanxanalarda tövsiyyələrə qaydalara riayət olunsun, eləcə də bunu müştərilərdən tələb etsinlər. Əgər istəyirsinizsə virusa uğurla qalib gələk bütün tövsiyyələrə qaydalara riayət olunmalıdır əks təqdirdə vəziyyət nəzarətdən çıxa bilər", - dedi İmnadze.

Bizimlə əlaqə saxlayın