19 
Okt
2020
17:53
2049

Baş nazir karantinlə bağlı yayılan xəbərlərə münasibət bildirdi

"Biz sərt məhdudiyyətlər tətbiq etməyəcəyik. Buna ehtiyac yoxdur çünki ölkənin iqtisadiyyatı buna dözmür".

InterPress.ge xəbər verir ki, bu haqda ölkənin baş naziri Qiorqi Qaxaria baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, ölkənin strategiyası dəyişir və bu virusla uyğunlaşma eləcə də onun idarəsidir.

"Hamı anlamalıdır ki, biz bu günki gündə çox başqa bor vəziyyətdəyik. O zaman məhdudiyyətlər və tamamilə düzgün qəbul edilmiş qərar idi. Biz məhdudiyyətlərlə vətəndaşların sağlamlıqlarını təhlükəsiz şəkildə qoruyurduq. Hamı bilir ki, maska virusun yayılmasının 90 % qarşısını alır. Təbii ki, biz bənzər məhdudiyyətlər elan etməyəcəyik. Buna ehtiyac yoxdur çünki ölkənin iqtisadiyyatı buna dözmür. Virusla yaşamaq və onun mübarizə aparmaq uzunmüddətlidir çünki müvafiq peyvənd yoxdur. Bundan dolayı bizim strategiyamız dəyişir və bu strategiya virusla yaşamaq və onu idarəetməkdir. Yalnız lokal məhdudiyyətlər tətbiq ediləcək və balans düzgün şəkildə tutulacaq. Maska taxmalı, məsafə qorumalı və gigiyena qaydalarına riayət etməliyik ", - dedi Q. Qaxaria.

Onun sözlərinə görə, təşvişə heç bir səbəb yoxdur.

"Təbii ki, yoluxma halları artacaq. Ancaq hamımız bilməliyik ki, bu cür artımı biz gözləyirdik. Ancaq bizim bu artıma resurslarımız var. İndi bizim səhiyyə sistemimiz 6-7 ay bundan əvvəl olduğundan daha çox hazırlıqlıdır. Elementar qayda tövsüyyələrə riayət etməyimiz lazımdır ki həm özümüzü həm ölkənin iqtisadiyyatını qoruyaq. Virusu tək başına məğlub etmək mümkünsüzdür. Bunun üçün konsolidasiya və birgə səy lazımdır", - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın