27
Nybr
2020
16:35
6188
yuxarı
Vətəndaşlara hansı növ yardımlar ediləcək?
Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası böhran əleyhinə planın dördüncü mərhələsi çərçivəsində vətəndaşlara və özəl sektora yeni dəstək paketi qəbul edib.
InterPress.ge xəbər verir ki, yeni paketin ümumi büdcəsi 1,1 milyard GEL təşkil edir.
Vətəndaşlara qayğı – proqramın ümumi büdcəsi – 545 milyon lari təşkil edir. Benefisiarların ümumi sayı isə, 500 min nəfərdən çoxdur (Bu rəqəmlərə komunal vergilərin subsidiya göstəriciləri daxil deyil).
- Komunal xərclərin subsidiyası – 4 ay ərzində (Noyabrdan, dekabr daxil olmaqla) komunal xərclərin subsidiyalaşdırılması həyata keçiriləcək (200 kvt/3m-ya qədər istifadə). Benefisiarların ehtimal olunan sayı – 1 milyon ailə. Büdcə 270 milyon lari;
- 1200 larilik yardım – işini itirən şəxslər üçün – formal sektorda işlə təmin edilən şəxslər, hansı ki, müvəqqəti olaraq, işsiz qalıblar, 2021-ci ilin yanvar ayından 6 ay ərzində 200 larilik yardım alacaqlar. Benefisiarların ehtimal olunan sayı – 125,000 nəfər. Büdcə – 150 milyon lari;
- 300 larilik bir dəfəlik yardım – Dekabr və yanvar ayında qoyulan məhdudiyyətlər nəticəsində fəaliyyətlərini dayandıran obyektlərdə işləyən şəxslərə və individual istehsalçılara 300 larilik kompensasiyalar veriləcək. Benefisiarların ehtimal olunan sayı – 100 min. Büdcə – 30 milyon lari;
- 600 larilik yardım – 65-dən 100 min sosiyal balı olan ailələr yanvar ayından, 6 ay ərzində, ayda 100 larilik (ailə üzvlərinin sayına görə) yardım alacaqlar. Benefisiarların ümumi sayı 72 minə qədər ailə (220 minə qədər şəxs), büdcə – 55 milyon lari;
- 600 larilik yardım – 0-dan 100 min balı və evdə 3 və 3-dən artıq 16 yaşına qədər uşağı olan ailələr, 6 ay ərzində, ayda 100 lari alacaqlar (yanvar ayından iyun daxil olmaqla) – 24 min ailə. Büdcə – 15 milyon lari;
- 18 yaşına qədər məhdud fiziki imkanlı şəxslər üçün 600 larilik yardım veriləcək – ayda 100 lari, 6 ay ərzində. Benefisiarların sayı – 43 min nəfər. Büdcə – 27 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyətini dayandıran obyektlərdə işləyən şəxslər üçün bank kreditlərinin ödənişi təxirə salınacaq.
2. Biznesə dəstək paketi – 515 milyon lari
- Gəlir vergisinə güzəşt – 1500 lariyə qədər maaşı olan şəxslər 750 lariyə qədər gəlir vergisindən, 2021-ci ilin dekabr-may müddətində azad olunurlar. Benefisiarların ehtimal olunan sayı 33 min şirkət və 425 min işlə təmin olunan şəxsdir. Büdcə – 260 milyon lari.
- Turizm sektoru üçün əmlak vergisinə güzəşt – turizm sektoru (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2021-ci ildə əmlak vergisindən azad olunur. Büdcə – 45 milyon lari;
- 2020-ci ilin 4 müddəti ilə təxirə salınan gəlir vergisinin ləğv olunması – turizm sektorunda həyata keçiriləcək (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2020-ci ilin dekabrın 1-nə qədər təxirə salınan gəlir vergilərinin ləğv olunması. Büdcə – 20 milyon lari;
- Mehmanxanaların bank kreditlərinin faizlərini subsidiyalaşdırılması davam edəcək, həmçinin, restoranların bank kreditlərinin faizlərin subsidiyalaşdırılması 6 ay ərzində davam edəcək. Benefisiarların ehtimal olunan sayı – 3700 şirkət;
- Mikro qrant proqramı – istehsalçıların mikro qrant proqramı həyata keçirilir, hansı ki, minlərlə yeni biznes-layihələri maliyyələşdirəcək (2020-ci ilin proqramı). Büdcə – 40 milyon lari;
- Kredit-zəmanət fondu – 2021-ci ildə kredit-zəmanət fondunun fəaliyyəti fəal şəkildə davam edəcək, hansı ki, özəl sektorun kreditlərinin restrukturisaziyasına və yeni vəsaitlərin alınmasına yardım edəcək. Büdcə – 100 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyəti dayandırılan şirkətlərə bank kreditlərinin təxirə salınması üçün imkan yaradılacaq.
Cəmi olaraq, yeni paketlərin tam büdcəsi 1,1 milyard lari təşkil edir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Şalva Papuaşvili qeyri-hökumət sektorunun bəyanatı ilə bağlı: “Xaricdən maliyyələşmə o həddə çatıb ki, gürcü xalqı "Enjeos" adı ilə donorların hücumuna məruz qalır”
26.04.2024 15:18
39
Poniçalada imamı bıçaqlayan şəxs saxalanıldı - VİDEO
26.04.2024 15:09
76
Gürcüstanın əhalisinin statistikası açıqlandı
26.04.2024 14:58
63
Şalva Papuaşvili: “ Viza liberallaşdırılması ləğv edilməyəcək - bu, bir neçə həftəyə mandatı bitəcək bir neçə Avropa deputatının fikridir, bu onların son mübarizəsidir”
26.04.2024 14:31
55
Mixail Saakaşvili: “ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
26.04.2024 14:28
79
2023-cü ildə əvvəlki illə müqayisədə immiqrantların sayı 95,6% artıb
26.04.2024 14:20
65
Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
26.04.2024 13:11
67
“Arzu” reallığı gizlədir - Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
26.04.2024 12:07
92
21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
26.04.2024 10:37
126
Almaniya XİN: “Gürcüstan hökuməti ölkənin Avropa gələcəyinə gedən yolunu bilərəkdən əngəlləməmək öhdəliyi daşıyır”
26.04.2024 10:23
85
Xabeişvili: Evdə oturmaq vaxtı bitdi, İvanişvili Gürcüstanı ləğv edir
25.04.2024 22:47
448
Vaja Marqvelaşvili Avropa çempionu oldu
25.04.2024 22:17
123