11 
Iyl
2020
10:43
1272

Gürcüstan hökuməti bu problemi aradan qaldırmaq istəyir

Gürcüstan hökuməti Avropa İttifaqı ilə bərabər öz vətəndaşlarının qanunsuz Şengen ölkələrinə daxil olmağını və orada qalmalarını tamamilə aradan götürmək istəyir.

InterPress.ge xəbər verir ki, bu haqda Avropa parlamentində və Avropa Şurasının xatırlatmasında qeyd edilib.

Xatırlatmaya görə, 2019 cu ildə 328 Gürcüstan vətəndaşı Avropa İttifaqına qanunsuz yollarla daxil olmağa cəhd edib. Bənzər fakt 2018-ci ildə 128 dəfə qeydə alınmışdı. 2019 cu ildə Avropa İttifaqında qanunu pozmaqla 11845 nəfər qalmışdı. Bu say 2018-ci illə müqayisədə 26% artıqdır.

Avropa İttifaqından sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 21 570 nəfər təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 19730 idi.

Bizimlə əlaqə saxlayın