15 
May
2020
19:58
296

Gürcüstanın Poti limanında yeni terminalın inşasına başlanılır

“Gürcüstanın Poti limanının terminallarından birinin yenidənqurmasını nəzərdə tutan layihənin maliyyələşdirilməsinin birinci mərhələsi artıq başa çatıb və yaxın gələcəkdə yenidənqurma işlərinə başlanacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib.

O qeyd edib ki, ümumi dəyəri 98 mln. ABŞ dolları olan layihənin birinci mərhələsinin icrası üçün lazım olan 30 mln. dollar artıq köçürülüb və yenidənqurma işlərinə yaxın günlərdə start veriləcək.

Qeyd edək ki, Poti limanının yük qabiliyyətinin artırılmasını nəzərdə tutan layihənin ümumi dəyərinin 120 mln. dollar olduğu bildirilir. Layihənin ilk mərhələsinin icrası üçün lazım olan 93 mln. dolların 50 mln-nu ABŞ Xarici Xüsusi İnvestisiya Korporasiyası (OPIC) maliyyələşdirir. Layihə çərçivəsində 25 hektar ərazidə 650 metr uzunluğunda terminalın inşası nəzərdə tutulur. Bundan başqa, yenidənqurma işlər zamanı limanın dərinliyinin 12 metr daha artırılması planlaşdırılır ki, bu da 50 min tonluq gəmilərin yan almasına imkan verəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Iqtisadiyyat xəbərləri